İranın Rumıniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

İranın Rumıniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
# 18 iyun 2012 21:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Rumıniyadakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, rəsmi Tehranın Bəşər Əsəd rejimini dəstəkləməsinə etiraz olaraq Rumıniyada yaşayan yüzlərlə suriyalı İranın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşıb. Nümayişçilər İran əleyhinə müxtəlif şüarlar səsləndirərək, qana susamış kimi təqdim olunmuş İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin plakatına ayaqqabıları ilə zərbələr endiriblər. Piket bəyanatın oxunması ilə insidentsiz başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR