Sumqayıt maşın bazarında əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub

Sumqayıt maşın bazarında əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub
# 02 iyul 2012 10:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sumqayıt maşın bazarında əxlaqsızlıq yuvası aşkar edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən APA-ya verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Cəfərzadə Anar Sahib oğlu icarədarı olduğu - Sumqayıt şəhəri, maşın bazarının yaxınlığında yerləşən “Səhər” restoranında əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı ilə əlaqədar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR