Azərbaycan Beynəlxalq Bankı uşaqlar arasında futbol üzrə beynəlxalq turnir keçirəcək

Azərbaycan Beynəlxalq Bankı uşaqlar arasında futbol üzrə beynəlxalq turnir keçirəcək
# 21 iyun 2012 10:12 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yaradılmasının 20 illiyi ilə bağlı tədbirlər çərçivəsində uşaqlar arasında futbol üzrə beynəlxalq turnir keçirəcək.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, turnir iyunun 25-30-da Mərdəkandakı “Dalğa-Arena” stadionunda keçiriləcək.

Turnir də Azərbaycan da daxil olmaqla dünyanın 8 ölkəsindən peşəkar futbol klublarının uşaq komandaları (13-14 yaş) iştirak edəcək. Azərbaycanı “İnter” klubunun uşaq komandasının təmsil edəcəyi turnirə həmçinin «Rubin» (Rusiya), «Karpatı» (Ukrayna), «Kotkas» (Estoniya), «Samsunspor» (Turkiyə), «Dinamo Tbilisi» (Gürcüstan), «Slaviya» (Bolqarıstan) və «Brommapojkarna» (İsveç) klubları qatılacaq.

Turnir AFFA və Bakı Futbol Federasiyasının təşkilati və texniki dəstəyi, “İnter” PFK-nın təşkilati dəstəyi və ABB-nin sponsorluğu ilə keçirilir. Bu il turnir məhdud sayda klubların iştirakı ilə keçirilsə də, bir çox klublar tərəfindən böyük maraq göstərildiyi nəzərə alınaraq yarışmanı ənənəvi olaraq hər il keçirmək və orada iştirak edən klubların sayını artırmaq qərara alınıb.

Oyunlar aşağıdakı qrafik üzrə keçiriləcək:

A Qrupu
I tur, 25 iyun
10:00 – FK «Slaviya» – FK «Karpatı»
11:00 – FK «Dinamo Tbilisi» - FK «Samsunspor»

II tur, 26 iyun
18:30 - FK «Slaviya» – FK «Dinamo Tbilisi»
19:30 - FK «Karpatı» - FK «Samsunspor»

III tur, 27 iyun
10:00 - FK «Dinamo Tbilisi» - FK «Karpatı»
11:00 - FK «Samsunspor» - FK «Slaviya»

B Qrupu
I tur, 25 iyun
18:45 – FK «Brommapojkarna» – FK «İnter Baku»
19:45 – FK «Rubin» - FK «Kotkas»

II tur, 26 iyun
10:00 - FK «Rubin» – FK «Brommapojkarna»
11:00 - FK «Kotkas» - FK «İnter»

III tur, 27 iyun
18:30 - FK «İnter» - FK «Rubin»
19:30 - FK «Kotkas» - FK «Brommapojkarna»

29 iyun
10:00 – 7-8-ci yer uğrunda oyun
11:00 – 5-6-cı yer uğrunda oyun

18:30 – yarımfinal

30 iyun
10:00 – 3-4-cü yer uğrunda oyun
11:00 – Final
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR