Türkmənistan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini 47% artırıb

Türkmənistan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini 47% artırıb
# 22 may 2012 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 14,9 mln. ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,9% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 11,4 mln. ton və ya ötən ilin ilk 4 ayı ilə müqayisədə 6,6% az neft ötürülüb: «Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 170,1 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 47% çoxdur».

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 7,3 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3% çox qaz nəql edilib: «Nəql edilmiş qazın 1/5 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və bu kəmərlə 1,6 mlrd. kubmetr və ya ötən ildəkindən 11,1% az qaz ötürülüb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR