Bakıda Müslüm Maqomayevin xatirəsi anılıb - FOTOSESSİYA

Bakıda Müslüm Maqomayevin xatirəsi anılıb -<font color=red> FOTOSESSİYA</font>
# 27 oktyabr 2012 12:02 (UTC +04:00)
APA-nın məlumatına görə, tanınmış müğənninin ölümünün dördüncü ildönümü münasibətilə yaxınları, sənət dostları, ailə üzvləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Sənətkarın anım mərasimində çıxış edən həyat yoldaşı Tamara Sinyavskaya M. Maqomayevin anım mərasiminə qatılanlara təşəkkürünü bildirib. T. Sinyavskaya deyib ki, M. Maqomayevin dünyadan köçməsinin üstündən illər ötsə də, insanlar onu həmişə xatırlayır və xatırlayacaq.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olub. Uzun müddət Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan müğənni 2008-ci il oktyabrın 25-də dünyasını dəyişib.

O öz arzusuna əsasən Bakıda dəfn olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR