Lənkəranda “Lənkəran Payızı-I” sənətkarlıq sərgisi və folklor festivalı keçirilib - FOTOSESSİYA

Lənkəranda “Lənkəran Payızı-I” sənətkarlıq sərgisi və folklor festivalı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 oktyabr 2012 13:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran Bələdiyyəsinin təşkilatı dəstəyi ilə ilk dəfə olaraq “Lənkəran Payızı-I” sənətkarlıq sərgisi və folklor festivalı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi daşıyan tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli isə çıxışında tədbirin bölgə üçün əhəmiyyətindən danışaraq, onun xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacağını bildirib.

Daha sonra Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisinə baxış keçirilib. İştirakçılara yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri təqdim olunub. Mərkəzin tamaşa zalında folklor və yaradıcılıq klubları üzvlərinin ifasında səslənən xalq mahnıları və rəqslər böyük maraqla qarşılanıb. Festivalda məşhur “Nənələr” folklor qrupu tamaşaçılara yeni mahnılar təqdim edib.

Sənətkarlıq sərgisinin və folklor festivalının laureatları Mərkəzdə tədbirin təşkilat komitəsinin fəxri fərman, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR