Qaxda 77 yaşlı kişi intihar edib

Qaxda 77 yaşlı kişi intihar edib
# 01 noyabr 2012 06:46 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda 77 yaşlı kişi intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə Qax şəhərində qeydə alınıb. 1935-ci il təvəllüqlü, Qax şəhər sakini Kərimov Əlim Yusif oğlu ozünü yaşadığı evin həyətyani sahəsində tikilmiş yardımçı tikilinin tirindən asaraq intihar edib. 77 yaşlı Əlim Kəromovun özünə qəsd etməsinin səbəbləri hələki məlum deyil. Fakla bağlı Qax rayon Prokurorluğunda CM-nın 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə çinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR