Azərbaycanın iqtisadi inkişaf naziri Özbəkistanın baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Özbəkistanın baş nazirinin müavini ilə görüşüb
# 11 oktyabr 2012 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Özbəkistanın baş nazirinin müavini Uluqbek Rozukulov bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Ş.Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Öz növbəsində U.Rozukulov iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər bir şəraitin və potensialın olduğunu bildirib və ümid edib ki, bu istiqamətdə keçirilən tədbirlər tez bir zamanda öz bəhrəsini verəcək.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib. Sözügedən tədbir Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR