«Eurovision 2012» müsabiqəsinin mayın 22-də çıxış edəcək 18 ölkə təmsilçisinin əsas məşqi keçirilib - FOTOSESSİYA - VİDEO

«Eurovision 2012» müsabiqəsinin mayın 22-də çıxış edəcək 18 ölkə təmsilçisinin əsas məşqi keçirilib - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 21 may 2012 19:41 (UTC +04:00)
APA-nın məlumatına görə, məşq zamanı məlum olub ki, hər ölkənin çıxışından əvvəl nümayiş olunacaq post-kartlarda Qarabağ atı, covdar oyunları, qarlı Qafqaz dağları, aşıq sənətimiz, muğamımız, Bakı, Şəki, Qəbələ şəhərləri, çay dəstgahı, nərd oyunları və başqa nümunələr göstərilir.
Diqqət çəkən məqamlardan biri də İsrail təmsilçilərinin çıxışından əvvəl nümayiş olunan və tolerantlığı tərənnüm edən post-kart olub. Həmin post-kartda Azərbaycanda müxtəlif dinlərə aid dini məkanlar göstərilib. Eyni zamanda bu günkü ilk əsas məşqdə şounun aparıcıları Leyla, Nərgiz və Eldar ilk dəfə olaraq mətbuat nümayəndələri qarşısında çıxış ediblər. Hər üç aparıcı Avropanı Azərbaycan, ingilis və fransız dillərində salamlayıblar. «Baku Crystal Hall» səhnəsi həm işıq effektləri, həm də yeni texniki avadanlıqları ilə möhtəşəm şounun olacağından xəbər verib. İlk yarımfinalın 18 təmsilçisi maraqlı perfomansları ilə yadda qalıblar. Bugünkü ilk məşqdə təmsilçilər öz səhnə geyimlərində çıxış ediblər.

Bu gün I yarımfinalda çıxış edəcək 18 ölkə öz sabahkı perfomanslarını nümayiş etdiriblər. Monteneqro təmsilçisi Rambo Amadeus «Euro Neuro», İslandiya təmsil edən Greta Salome & Jonsi dueti "Mundu Eftir Mer", Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou "Aphrodisiac", Latviya təmsilçisi Anmary "Beautiful Song", Albaniya təmsilçisi Rona Nishli "Suus" mahnısını, Rumıniya təmsilçiləri "Zaleilah", İsveçrənin «Sinplus» qrupu «Unbreakable», Belçika təmsilçisi İris "Would You?", Finlandiya təmsilçisi Pernilla Karlsson «När Jag Blundar», İsrail təmsilçisi «İzabo» qrupu "Time», San Marino təmsilçisi Valentina Monettanın «The Social Network Song», Kipr təmsilçisi İvi Adamou "La La Love”, Danimarka təmsilçisi Soluna Samay "Should’ve Known Better", Rusiyanı təmsil edən "Bronovskiye babuşki" «Party for everybody», Macarıstanın "Compact Disco" qrupu "Sound Of Our Hearts" mahnıları ilə çıxış ediblər.
San Marino təmsilçisi Valentina Monettanın «The Social Network Song (Oh Oh – Uh - Oh Oh)» mahnısı üçün hazırlanan şousunda səhnəyə üzəri «Swarovski” qaşlarla bəzədilmiş və ölkəsinin bayrağı əks olunmuş noutbook qoyulub. Ölkə təmsilçisinin ifası zamanı onu polis və həkim geyimlərində rəqqaslar müşayiət ediblər. Kipr təmsilçisi İvi Adamou "La La Love" mahnısı səhnə plastikası ilə seçilib. Dörd rəqqasla müşayiət olunan İvi maraqlı şou nümayiş etdirib.
Danimarka təmsilçisi Soluna Samay "Should’ve Known Better" mahnısını ifa edərkən uzun illər olduğu kimi yenə də gitara ifa edib. Rusiyanı təmsil edən "Bronovskiye babuşki"nin «Party for everybody» , Avstriya təmsilçisi "Trackshittaz" qrupu "Woki Mit Deim Popo", Moldova təmsilçisi Paşa Parfeni "Lautar" , "Jedward" qrupu "Waterline" mahnılarını və şoularını təqdim ediblər. Şoular zamanı ən yaddaqalan məqamlar arasında rusiyalı nənələrin səhnəsində sobada öz ənənələrinə sadiq qalaraq kökələrin bişirilməsi, İrlandiya təmsilçisi "Jedward" qrupunun Bakı səhnəsində fontan altında çıxış etmələri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR