Oğuzda qadın sürücü qəza törədib, ölən və yaralanan var

Oğuzda qadın sürücü qəza törədib, ölən və yaralanan var
# 03 avqust 2012 07:16 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Sincan kəndində qeydə alınıb. "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb və avtomobildə olan bir sərnişin ölüb. Həmin şəxsin meyiti və sürücü Qasımova Kəmalə Alik qızı maşında sıxılmış vəziyyətdə qalıblar. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və hadisə yeridə vəfat edən sərnişinin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR