İranda Tehran istisna olmaqla qalan seçki dairələrində nəticələr məlum olub

İranda Tehran istisna olmaqla qalan seçki dairələrində nəticələr məlum olub
# 05 may 2012 12:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda mayın 4-də keçirilən IX çağırış parlament seçkilərinin ikinci turunun 32 seçki dairəsi üzrə nəticələri elan edilib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran Seçki Qərargahının sədri Solət Murtəzəvi açıqlama verib.

O bildirib ki, 33 seçki dairəsindən 32-də səslərin sayılması başa çatıb: “Tehran istisna olmaqla, Əhvaz, Təbriz, Kirmanşah, Abadan, Ərdəbil və Həmədan da daxil olmaqla 32 seçki dairəsində nəticələr açıqlanıb”. Parlament seçkilərinin ikinci turunun yekun nəticəsinin bu axşam rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, İranda dünən keçirilən parlament seçkilərinin ikinci turunda 5 mln. seçici səsvermədə iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR