TQDK şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adını açıqlayıb

TQDK şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adını açıqlayıb
# 01 iyun 2012 08:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Zaqatala, Qax və Balakən rayonlarında zəlzələ nəticəsində məktəblərin qəzalı vəziyyətdə olması , dərslərin vaxtından əvvəl dayandırılması və şagirdlərin əksəriyyətinin də evlərinin qəzalı vəziyyətdə olması səbəbindən şagirdlər imtahandan azad ediliblər. Onların yekun qiymətləri illik qiymətlərinə əsasən yazılacaq: “Zaqatala rayonunun bütün ümumtəhsil məktəbləri buraxılış imtahanlarından azad olunub. Balakən rayonunda 3 kənd –Qarahacılı, Katex və Püştətala kənd orta məktəblərinin, Qax rayonunda isə 9 kəndin – Ləkit, Zərgə, Güllük, Kötüklü, Qarağan, Dəmyə Dağlı, Meşəbaşı, Lələpaşa və Lələli kənd orta məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad edilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR