İsa Qəmbər özünə yeni müşavirlər təyin edib

İsa Qəmbər özünə yeni müşavirlər təyin edib
# 31 mart 2012 11:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Müsavat partiyasının başqanı İsa Qəmbər özünə yeni müşavirlər təyin edib. APA-nın məlumatına görə, bu barədə Müsavat Məclisinin
bu gün keçirilən toplantısında İsa Qəmbər özü məlumat verib. Yeni təyin olunan müşavirlər Nizaməddin Quliyev, Mərdan Mehdiyev, Yeganə Hacıyeva və bir müddət əvvəl AXCP-dən Müsavata keçmiş Muxtar Cəmillidir.

Məclisin bugünki toplantısında partiyanın müxtəlif rayon təşkilatlarına sədr seçilmiş şəxslər vəzifələrinə təsdiq olunublar. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Yavər Süleymanov da var. O, partiyanın Sabirabad rayon təşkilatının sədri vəzifəsinə təsdiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR