Azərbaycan XİN başçısı işğal faktına etiraz edən erməni deputata bunu təsdiqləyən BMT qətnamələrini və beynəlxalq hüquq normalarını xatırladıb

Azərbaycan XİN başçısı işğal faktına etiraz edən erməni deputata bunu təsdiqləyən BMT qətnamələrini və beynəlxalq hüquq normalarını xatırladıb
# 02 aprel 2012 13:37 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın torpaq bütövlüyü çərçivəsində mümkündür.

İclasda iştirak edən erməni deputat Naira Zöhrabyan azərbaycanlı nazirin çıxışına etiraz edib: “Biz yalnız Şaumyan və Mardakert rayonlarının işğalını bilirik, başqa işğal tanımırıq”.

Azərbaycanlı deputat Asim Mollazadə isə üzünü E. Məmmədyarova tutaraq Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə nə üçün əməl olunmadığını soruşub: “Bunlar bəlkə sənəd yox, adi kağızdır?”

E. Məmmədyarov erməni deputata cavabını isə belə olub: “Belə anladım ki, burada erməni deputat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı dediklərimə etiraz edir. Amma mən yeni bir şey demədim. BMT-nin qətnamələrindəki faktları nəzərinizə çatdırdım. Məgər bunlar real sənəd deyil? İşğal-işğaldır. Siz bununla razı olmaya bilərsiniz, amma bu, beynəlxalq hüquq normaları ilə təsdiqlənib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR