Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin sədri ilə görüşüb - FOTO

Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin sədri ilə görüşüb - <font color=red>FOTO</font>
# 20 aprel 2012 07:11 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, daha sonra A. Rəhimov və general F. Cəzzafın iştirakı ilə mətbuat konfransı olub.

Mətbuat konfransında çıxış edən A. Rəhimov Küveytə səfəri zamanı buradakı idman kompleksləri, müxtəlif idman federasiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanının yarandığını, həmçinin, küveytli həmkarı ilə iki ölkə arasında böyüməkdə olan qarşılıqlı əməkdaşlığın daha da sürətli inkişaf perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Nazir son illər Azərbaycanda istifadəyə verilən çoxsaylı idman komplekslərinin geniş infrastrukturu haqqında da məlumat verib, məhz bu böyük potensiala əsaslanaraq, Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürdüyünü bildirib.

Öz növbəsində, general Feysal Əl Cəzzaf Küveyt gənclər təşkilatının üzvlərinin Azərbaycana səfər etdiklərini, Küveytin ən böyük karate və uşu idman növləri üzrə klubları üçün 2010-11-ci illərdə Bakıda təlim-məşq toplantılarının keçirildiyini, bununla yanaşı, Azərbaycana gələn Küveyt idmançılarının istirahəti üçün də münasib şəraitinin yaradıldığını bildirib.

Həmin gün A. Rəhimov Küveytin Skvoş Federasiyası və Atıcılıq poliqonu ilə tanış olub.

İki gün davam edəcək səfər çərçivəsində Azad Rəhimovun Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşləri, həmçinin, “Ərəb Klubu” üzgüçülük və “Bayan” nümunəvi idman kompleksləri ilə tanışlığı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR