Antalya və Bodruma 5-20%-lik endirimlə səfərlər təşkil olunur

Antalya və Bodruma 5-20%-lik endirimlə səfərlər təşkil olunur
# 03 may 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin Antalya və Bodrum kurort şəhərlərinə «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) aviabilet alan sərnişinlərə sözügedən kurortlardakı hotellərdə 5-20%-lik endirim təklif olunacaq.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, AZAL-ın Antalya və Bodrum istiqamətlərinə biznes sinif aviabileti daxil olmaqla turpaket alan müştərilərə hoteldən 5-20% endirim, hədiyyə olaraq individual transfer və sim-kart təklif olunacaq.

AZAL-dan həmçinin bildirilib ki, mayın 27-dən açılacaq Bakı-Antalya-Bakı aviareysinə bir biletin minimal qiyməti biznes sinfi üçün 1 395 manat, ekonom sinfi üçün 490 manat, iyunun 14-dən etibarən açılan Bakı-Bodrum-Bakı aviareysinə isə bir aviabiletin minimal qiyməti müvafiq olaraq 1 392 manat və 490 manat təşkil edir: «Türkiyənin Antalya və Bodrum kurort şəhərlərinə uçuşlar AZAL-ın «Boeing» tipli avialaynerləri ilə yerinə yetiriləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR