Zaqatala rayonunda 6-6,5 bal gücündə zəlzələ baş verib

Zaqatala rayonunda 6-6,5 bal gücündə zəlzələ baş verib
# 07 may 2012 16:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Zaqatala rayonunda yenidən hiss olunan zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi məlumata görə, zəlzələ 5, 3 maqnitudada qeydə alınıb, 12 ballıq cədvəl üzrə zəlzələnin gücü 6-6,5 bala yaxın olub.

Onun sözlərinə görə, bu, gün ərzində hiss olunan 5-ci zəlzələdir. Budəfəki təkan da əvvəlki ocaqda qeydə alınıb. Təkan Zaqatala ilə yanaşı ətraf rayonlarda da hiss olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR