Yeni Günəşliyə su fasiləsiz veriləcək

Yeni Günəşliyə su fasiləsiz veriləcək
# 10 avqust 2012 13:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərsu» ASC abunəçilərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yeni pilot layihənin icrasına başlayıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, pilot layihə çoxmərtəbəli yaşayış binalarının fasiləsiz rejimdə içməli su ilə təchiz edilməsini nəzərdə tutur. Layihəyə əsasən, Yeni Günəşlinin «Q» yaşayış massivində 27 ədəd 9-mərtəbəli binanın su təchizatı sistemi yenidən qurulacaq. Bu məqsədlə müxtəlif diametrli borularla 1280 metr uzunluğunda paylayıcı su xətləri çəkiləcək. Binadaxili su xətləri polietilen borularla yenilənərək su sayğacları ilə birgə pilləkən qəfəslərinə çıxarılacaq.

Pilot layihə üzrə tikinti-quraşdırma işləri tam başa çatdıqdan sonra 4 200-dək sakinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Uzun illər içməli suyu fasiləli rejimdə alan sakinlər dayanıqlı su ilə təmin olunacaq. «Yeni layihə çərçivəsində magistral və binadaxili su xətlərinin yenilənməsi qəza hallarının və su itkilərinin qarşısı almaqla içməli suya qənaət etməyə imkan verəcək. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların oxunmasını asanlaşdıracaq», - deyə ASC-nin məlumatında deyilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR