Azərbaycanda terror aktına hazırlıqda və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə başlayıb

Azərbaycanda terror aktına hazırlıqda və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə başlayıb
# 03 sentyabr 2012 13:40 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Prosesin baxış iclası isə sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törədiblər.

Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanıblar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.

Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR