Qvatemalada baş vermiş toqquşmalarda 6 nəfər həlak olub

Qvatemalada baş vermiş toqquşmalarda 6 nəfər həlak olub
# 06 oktyabr 2012 03:15 (UTC +04:00)
Bakı-APA. Qvatemalada elektrik enerjisinin bahalaşmasına etiraz edən nümayişçilər ilə təhlükəsizlik qüvvələri əməkdaşları arasında baş vermiş toqquşmada 6 nəfər həlak olub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, 30 nəfərə qədər insan xəsarət alıb.
Bildirilir ki, bir neçə min etirazçı Qvatemalanın paytaxtından 170 km aralıda yerləşən Totonikapan departamentində avtomagistralı bağlamağa cəhd ediblər.
Yerli fəalların sözlərinə görə, polis və qvardiyaçılar etirazçılara atəş açıb. Lakin Qvatemala prezidenti Otto Peres Molina bildirib ki, insanların ölümünə hərbiçilərin heç bir rolu olmayıb. O deyib ki, etiraz aksiyası iştirakçılarına yük maşınına çıxmış naməlum şəxslər atəş açıb.
Elektrik enerjisi tariflərinin qalxması Qvatemala prezidentinin iqtisadiyyatın modernləşməsi proqramı çərçivəsində həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR