Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək
# 15 oktyabr 2012 07:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Oktyabrın sonlarında Bakıda Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində NATO Günləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 2-dək davam edəcək tədbirlərə oktyabrın 29-da start veriləcək.

Qeyd edək ki, NATO Günləri Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində alyansın Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspert qrupunun iştirakı ilə ildə bir dəfə təşkil olunur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR