ETSN: Azərbaycan çaylarında daşqın təhlükəsi sovuşmayıb

ETSN: Azərbaycan çaylarında daşqın təhlükəsi sovuşmayıb
# 24 aprel 2012 08:03 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aprel ayının III ongünlüyünün ayrı-ayrı günlərdə gözlənilən yağışlar qarın əriməsinə səbəb ola bilər: “Hazırda havanın temperaturu o qədər də yüksək deyil və qarların tədricən əriməsi prosesi gedir. Respublikanın dağ çaylarında və transsərhəd çaylarda sabit sululuq müşahidə edilir. Ona görə də hələlik çaylar üçün elə bir təhlükə yoxdur”.

Baş hidroloq bu ay temperatur rejimində ciddi dəyişikliyin gözlənilmədiyini də bildirib. Onun sözlərinə görə, aprelin I ongünlüyünün sonu və II ongünlüyün əvvəllərində havanın temperaturunda kəskin yüksəlmə müşahidə edilib, bununla əlaqədar həm Azərbaycan, həm də Gürcüstan ərazisində qarların əriməsi prosesi baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR