Bakıda marşrut avtobusu qəza törədib, sürücü və xeyli sərnişin yaralanıb

Bakıda marşrut avtobusu qəza törədib, sürücü və xeyli sərnişin yaralanıb
# 02 may 2012 16:45 (UTC +04:00)
Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 17 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu Şərifzadə küçəsində idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında qəza nəticəsində 6 nəfərin xəsarət aldığını bildirib.

Həmin şəxslərə tibbi yardım göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR