Azərbaycanda çimərlik mövsümünün açılışı olub - FOTOSESSİYA - VİDEO

Azərbaycanda çimərlik mövsümünün açılışı olub - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 01 iyun 2012 08:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən çimərlikdə bununla bağlı tədbir keçirilib. Tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, nazirliyin əlaqədar qurumlarının nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına DSXX-nin inventarında olan müasir xilasetmə texnikaları nümayiş etdirilib. Daha sonra dənizdə şərti boğulan şəxslərin xilas olunması əməliyyatı keçirilib.

Qeyd olunub ki, FHN yaradılandan sonra bu günədək suda boğulan 2635 nəfər xilas edilib. Qeyri-çimərliklərdə boğularaq dünyasını dəyişmiş 487 nəfərin isə cəsədi çıxarılaraq təhvil verilib.

O da bildirilib ki, xilasetmə heyətinin peşəkarlığının artırılması üçün nazirlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. O cümlədən dalğıc-motorçu və sükançıların peşəkarlığının artırılması məqsədi ilə FHN Akademiyasında kurslar təşkil olunub.

DSXX-nin təbliğat-təşviqat sektorunun müdiri Mənsur Piriyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda xidmətin 42 məntəqəsi, dalğıc-axtarış qrupu və postu var, 400-dən artıq şəxsi heyət, 200-dən çox xilasetmə texnikası və avadanlığı xilasetmə əməliyyatlarında iştirak edəcək. Mənsur Piriyev onu da qeyd edib ki, suda boğulma hadisələri əsasən, qeyri-çimərlik sahələrində, nəzarətsiz ərazilərdə baş verir. Ona görə də, sektor müdiri vətəndaşları bu cür ərazilərdə çimməməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR