Azərbaycanda üç nəfər qar uçqununa düşüb

Azərbaycanda üç nəfər qar uçqununa düşüb
# 05 aprel 2012 06:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda üç nəfər qar uçqununa düşüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.

İtkin düşmüş şəxslərin axtarışları davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR