Azərbaycan Milli Məclisinin sədr müavini Eymon Gilmorla görüşdə ATƏT-lə bağlı iradlarını çatdırıb - YENİLƏNİB

Azərbaycan Milli Məclisinin sədr müavini Eymon Gilmorla görüşdə ATƏT-lə bağlı iradlarını çatdırıb - <font color=red>YENİLƏNİB</font>
# 14 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “ATƏT olaraq son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlərdən narahatıq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor deyib.

E. Gilmor bildirib ki, hərbi qarşıdurmalara son qoyulmalı, snayperlər cəbhə xəttindən çəkilməlidir.

O qeyd edib ki, gücdən istifadə ilə münaqişənin həlli mümkün deyil: “Məsələnin sülh yolu ilə həlli çox vaxt aparır, son razılığa gəlmək üçün xeyli vaxt tələb olunur. Həmsədrlərin tətbiq etdiyi mexanizmi dəstəkləyirik və bu istiqamətdə hər bir yardımı göstərməyə hazırıq”.

B. Muradova isə bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvü kimi fəaliyyət göstərməsi, həmçinin həmsədr ölkələrin də nüfuzu nəzərə alınsa, məsələnin həlli yollarının olduğu görünür, əsas siyasi iradənin olmasıdır: “Ortada işğal faktı var və həm ATƏT, həm də digər beynəlxalq təşkilatlar bununla bağlı açıq münasibət ortaya qoymalıdır. Fakt ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazisində gedir, həyatını itirənlər də azərbaycanlılardır”.

O, həmçinin ATƏT-in hesabatlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əks olunmamasından narahatlığını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR