“Neftçi” rəhbərliyi futbolçuları cəzalandırıb

“Neftçi” rəhbərliyi futbolçuları cəzalandırıb
# 25 sentyabr 2012 13:46 (UTC +04:00)
Bakı – APA. Bu gün "Neftçi” klubunun iclas keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iclasda Topaz Premyer Liqasının VI turunda "Sumqayıt"la səfər oyunundakı məğlubiyyət (2:3) araşdırılıb. Toplantıda məşqçilər korpusunun fikirləri dinlənilib və bununla bağlı hesabat alınıb. Bundan başqa, işinə etinasız yanaşan bəzi futbolçular cəzalandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR