«Kredo Bank» son bir ildə aktivlərini 11% artırıb

«Kredo Bank» son bir ildə aktivlərini 11% artırıb
# 31 oktyabr 2012 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ACS-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 98,148 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,3% artaraq 82,016 mln. manat, depozit portfeli 32% artaraq 16,602 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,1% artaraq 22,999 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20,540 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın cəmi müştərilərinin sayı 6,8% artaraq 30 579, o cümlədən fiziki şəxslərin sayı 7,4% artaraq 27 591, hüquqi şəxslərin sayı isə 2,2% artaraq 2 988 olub. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 36% azalaraq 328-ə, o cümlədən debet kartları 35% azalaraq 292-yə, kredit kartlarının sayı isə 45% azalaraq 36-ya çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 15 filialı, 6 bankomatı və 69 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR