Azərbaycan Beynəlxalq Bankı apreldə istifadə müddəti başa çatan plastik pensiya kartlarının dəyişdirilməsinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı apreldə istifadə müddəti başa çatan plastik pensiya kartlarının dəyişdirilməsinə başlayıb
# 27 aprel 2012 09:26 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) aprel ayında istifadə müddəti başa çatan plastik pensiya kartlarının dəyişdirilməsi prosesinə start verib.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, pensiyaçılara sürətli və rahat xidmətin göstərilməsi məqsədilə bankın filiallarından başqa, pensiya kartlarının verilməsi üçün əlavə məntəqələr də açılacaq.

Xəzər rayonunda məntəqələr Binə, Mərdəkan, Pirallahı, Buzovna, Zirə və Türkan qəsəbələrində, Suraxanı rayonunda isə Qaraçuxur, Bülbülə və Hövsan qəsəbələrində fəaliyyət göstərəcək.

Mart ayında 43 127 plastik pensiya kartının istifadə müddəti başa çatıb. ABB-nin filiallarına müraciət edən pensiyaçıların isə 37 min nəfərinə artıq plastik kartlar verilib. Qeyd etmək lazımdır ki, filiallar pensiyaçılara şənbə və bazar günlərində də xidmət göstərir.

Bundan başqa, pensiyaçılar sms-bildiriş sisteminə qoşulmaqla bankomata getmədən və banka müraciət etmədən pensiya hesablarına daxilolmalar barədə məlumat ala biləcəklər. Xidmətə qoşulmaq üçün günün istənilən saatında “AzeriCard”ın Müştəri Xidmətlərinə (194 və ya *2273 və ya 598-46-97) zəng edib telefon və kart nömrəsini söyləmək kifayətdir. Pensiyaçıların bu xidmətdən istifadəsi üçün aylıq abunə haqqı 10 qəpikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR