Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib
# 09 may 2012 16:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün rayonun Liman şəhərində qeydə alınıb. Liman şəhər sakini, 1970-ci il təvəllüdlü İlkin Cəsail oğlu Nəcəfov şəxsi münaqişə zəminində həmyerlisi, 1962-ci il təvəllüdlü Vaqif Ağahüseyn oğlu Əliyevə bıçaqla ağır bədən xəsarətləri yetirib. V. Hüseynov isə öz növbəsində əlindəki küt alətlə İ. Nəcəfovu baş nahiyəsindən yaralayıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR