Pakistanda keçirilən etiraz aksiyalarında 16 nəfər həlak olub

Pakistanda keçirilən etiraz aksiyalarında 16 nəfər həlak olub
# 22 sentyabr 2012 01:53 (UTC +04:00)
Bakı-APA. Pakistanda «Müsəlmanların məsumluğu» filminin əleyhinə keçirilmiş aksiyalar zamanı ən azı 16 nəfər həlak olub, 200 nəfər isə yarlanıb. Bu barədə Assoşieyted Press agentliyi xəbər verir.

Etiraz aksiyaları İslamabad, Peşəvər, Kəraçi, Müzəffərabad, Multan, Ravalpindi, Marri, Lahor və başqa şəhərlərdə keçirilib. Aksiyalarda polislə qarşıdurma yaşanıb.

Belə ki, Peşəvər şəhərində etirazçılar 2 kinoteatrı yandırıblar. Kinoteatrın mühafizəsi və etirazçılar arasındakı qarşıdurmada isə 1 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR