Qüdrət Həsənquliyev: “Türkiyəyə yola salınana qədər Əbülfəz Elçibəyin xəstəliyi barədə məndə heç bir məlumat olmayıb”

Qüdrət Həsənquliyev: “Türkiyəyə yola salınana qədər Əbülfəz Elçibəyin xəstəliyi barədə məndə heç bir məlumat olmayıb”
# 17 iyul 2012 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Onun Azərbaycan xalq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsinə dair məlumatı olduğu barədə mətbuatda gedən iddiaları dəyərləndirən BAXCP sədri bildirib ki, o vaxta qədər Əbülfəz Elçibəy bağ evində qalırdı və eks-prezidentlə heç bir görüşü olmayıb: “Yalnız Elçibəy Türkiyəyə yola salınanda onun xəstə olduğunu bilmişəm. Çox təəssüf ki, Türkiyədə xəstəxanada olanda da onunla hər hansı görüşüm və xəstəliyi ilə bağlı söhbətim olmayıb”.

Qüdrət Həsənquliyev qeyd edib ki, Elçibəyin səhhəti barədə yalnız onunla görüşən şəxslər tərəfindən partiya üzvlərinə və ictimaiyyətə mütəmadi məlumat verilirdi: “Nə dünyasını dəyişənə qədər Əbülfəz bəylə görüşən adamlarla onun zəhərlənməsi ilə bağlı söhbətim olmayıb, nə də həmin ərəfədə partiya rəhbərliyində təmsil olunan şəxslərdən onun zəhərlənməsi barədə heç bir məlumat eşitməmişəm. Ona görə də Əbülfəz bəyin zəhərlənməsi ilə bağlı guya mənim məlumatlı olmağım barədə deyilənlər həqiqəti əks etdirmir. Əgər məndə belə bir məlumat olsaydı, bu barədə çoxdan ictimaiyyəti məlumatlandırardım və müvafiq orqanlara müraciət edərdim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR