«Azərsu» nümayəndəsi Yaponiyada keçirilən seminarda iştirak edib

«Azərsu» nümayəndəsi Yaponiyada keçirilən seminarda iştirak edib
# 09 avqust 2012 16:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaponiyanın Kobe şəhərində Beynəlxalq Standartlaşma Təşkilatı «Su sektorunda Qlobal Çağırışlar - ISO standartları necə kömək edə bilər» mövzusunda keçirilən seminarda «Azərsu» ASC-nin nümayəndəsi də iştirak edib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə bildirilib ki, 30 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə «Azərsu» ASC-nin elm və texnika şöbəsinin rəis müavini Elçin Camalov iştirak edib.

Seminarda sutəmizləmə prosesləri, tullantı və yağış sularının idarə olunması mövzularında məruzələr dinlənilib. Seminar çərçivəsində keçirilmiş dəyirmi masalarda şəhər yerlərində tullantı sularının təmizləndikdən sonra istifadəsində müasir metodların tətbiqi barədə məlumatlar verilib, su itkilərinə qarşı mübarizə, tullantı sularında əmələ gələn lilin səmərəli istifadəsi mövzularında müzakirələr aparılıb. Bununla yanaşı, çirkab suların təmizləndikdən sonra irriqasiya məqsədləri üçün istifadə olunması, eləcə də biokütlənin idarə olunması sahəsində tətbiq edilən yeni texnologiyalar barədə ətraflı məlumat verilib. Seminarda iştirakçılar tərəfindən səmərələşdirici təkliflər irəli sürülüb, «Su sektorunda Qlobal Çağırışlar» üzrə yeni prioritetlər müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR