Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb
# 25 sentyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,5% üstələyərək 3,5 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 71,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,7 mlrd. manatlıq və ya 6,9% çox pullu xidmətlər göstərilib.

«Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 47,5 manatlıq və ya 3,4 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR