Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Hillari Klintonu qəbul edib
06 iyun 2012 14:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib.
APA-nın məlumatına görə, H. Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycanla ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Öz növbəsində, H. Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrlə bağlı Azərbaycan prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan prezidentinin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib.
Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla vurğulayıb. O, Azərbaycanın regionda mühüm rolunu qeyd edib. Xanım Klinton ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verilib.

Xarici siyasət
NATO Beynəlxalq Hərbi Qərargahı: Azərbaycanla tərəfdaşlıq Avro-Atlantik sabitliyi artırmaq məqsədi daşıyır
15:48
4 may 2024
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib
15:37
4 may 2024
Xavier Kolomina: Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub
15:31
4 may 2024
Norveçli səyyah: Azərbaycana dəqiq mina xəritələri təqdim olunmalıdır
12:45
4 may 2024