Azərbaycan-Rusiya sərhədində keçirilən “sərhəd-sipər” əməliyyatında beynəlxalq axtarışda olan Rusiya vətəndaşı saxlanılıb

Azərbaycan-Rusiya sərhədində keçirilən “sərhəd-sipər” əməliyyatında beynəlxalq axtarışda olan Rusiya vətəndaşı saxlanılıb
# 24 aprel 2012 13:36 (UTC +04:00)
APA-ın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşı olan həmin şəxsi Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Hüquq-mühafizə orqanlarında APA-ya bildirilib ki, saxlanılan şəxs Rusiyada bir sıra cinayətlərdə ittiham olunur. Əməliyyat sirri olduğu üçün saxlanılan şəxsin adı açıqlanmır. Əməliyyat zamanı bir ədəd “AKM” tipli avtomat silahı da aşkar edilərək götürülüb. Qeyd edək ki, ötən gündən etibarən Azərbaycan-Rusiya sərhədində “sərhəd-sipər” əməliyyatına başlanılıb. Əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır. Əməliyyat bir həftə davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR