Bu gündən Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
07 avqust 2012 07:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Qeyd edək ki, Azərbaycanda 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-ü, 1-ci ixtisas qrupu üzrə iyulun 20-si, 4-cü ixtisas qrupu üzrə iyulun 27-si, 2-ci ixtisas qrupu üzrə isə avqust 3-də keçirib.

Sosial
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
13:09
4 may 2024