Portuqaliya, İsveç və Rumıniya Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsi üçün təmsilçisini seçib – FOTO

Portuqaliya, İsveç və Rumıniya Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsi üçün təmsilçisini seçib – <font color=red>FOTO </font>
# 12 mart 2012 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, Lissabonda “Eurovision-2012” təmsilçisinin seçilməsi üçün “Festival Da Canção” adı altında Milli Finalı keçirilib. Finalın nəticələrinə əsasən, bu ölkə adından Bakıda Filipa Souza “Vida Minha” (“Mənim həyatım”) adlı mahnı ilə çıxış edəcək. Ümumilikdə müsabiqədə iştirak etmək üçün 400 nəfər ərizə göndərib. Onlardan 12-si finala keçib. Müsabiqənin maraqlı tərəflərindən biri bütün mahnıların fado stilində ifa olunması olub. Bunun səbəbi ondan ibarətdir ki, Portuqaliyanın milli musiqisi sayılan fado bu il YUNESKO-nun Qeyri-Maddi İrs siyahısına daxil olunub. Qalib mahnının müəllifi əslən xorvatiyalı olan Andrey Babiçdir. Məhz bu müəllif tərəfindən 2008-ci ildə ölkənin “Eurovision” təmsilçisi Vania Fernandeşə fado üslubunda mahnı yazıb, lakin həmin ildə kompozisiya finalda böyük nəticə göstərə bilməyib. Bundan əlavə, A. Babiç iki dəfə Sloveniya, bir dəfə Xorvatiya və Bosniya və Hersoqovina üçün mahnı yazıb. Portuqaliya təmsilçisi Bakıda mayın 24-də keçiriləcək ikinci yarımfinalda mübarizəyə qoşulacaq.

İsveçdə də bu ölkənin “Eurovision -2012” təmsilçisinin seçilməsi üzrə keçirilən məşhur “Melodifestivalen”in finalı baş tutub. Stokholmun “Globen Arena”sında keçirilən finalda qalib Loreen adlı müğənni olub. Bakıda Mərakeş əsilli müğənni “Euphoria” adlı mahnını ifa edəcək. Finalda o, həm tamaşaçılar, həm də münsiflərdən yüksək xal qazanaraq “Melodifestivalen”in qalibi adını qazanıb. Mahnının müəllifləri Thomas Qustafsson və Peter Boströmdur. Maraqlı məqam ondan ibarətdir ki, Thomas Qustafsson İspaniyanın “Eurovision 2012” təmsilçisi Pastora Soler üçün də mahnı yazıb. Peter isə Norveçin bu ilki təmsilçisi Toojinin mahnısı üzərində işləyib. İsveç 57-ci “Eurovision” Mahnı Müsabiqəsində mübarizəyə ikinci yarımfinaldan qatılacaq. Qeyd edək ki, İsveç bu mötəbər müsabiqənin 4 dəfə qalibi olub. Ötən il isə Eric Saade “Popular” adlı mahnı ilə ölkəsinə üçüncülük gətirib.

Rumıniyada keçirilən milli finalda isə 15 nəfər öz bacarığını nümayiş etdirib. Nəticədə Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Tamaşaçılardan 12, münsiflərdən 10 xal alan Mandinga Bakıda “Zaleilah” adlı mahnı ilə çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq. Finalın xüsusi qonaqları qismində Fransa və İrlandiyanın builki təmsilçiləri çıxış ediblər..
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR