Zaqatala sakini tüfənglə özünü vurub

Zaqatala sakini tüfənglə özünü vurub
# 01 mart 2012 09:32 (UTC +04:00)
Bakı-APA. Zaqatala rayon sakini ov tüfəngindən açılmış atəşdən xəsarət alıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 29-da Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisindəki meşə zolağında baş verib. Rayon sakini Çingiz Musayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən sol ayağından xəsarət alıb. Ç. Musayev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR