İsrail mətbuatı: Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Hayfada müalicə olunacaq

İsrail mətbuatı: Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Hayfada müalicə olunacaq
# 24 fevral 2012 14:39 (UTC +04:00)
APA-nın “İzrus”a istinadən yaydığı məlumata görə, nazir tezliklə Hayfada müalicə kursuna başlayacaq.

“İzrus” 62 yaşlı nazirin onkoloji xəstəlikdən əziyyət çəkdiyini və fevralda İsrailin iri tibb mərkəzlərindən birində müayinə olunduğunu bildirir. Yavər Camalova konkret hansı diaqnozun qoyulduğunu açıqlanmır. Portal qeyd edir ki, 2006-cı ildən müdafiə sənayesi naziri vəzifəsində çalışan Yavər Camalov İsrail-Azərbaycan birgə istehsalı olan pilotsuz uçuş aparatlarının hazırlanması planının müəlliflərindən biridir.

Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin müdiri Bəxtiyar Əsədov isə APA-ya açıqlamasında yayılan məlumatları təkzib edib. O, nazir Y. Camalovun hazırda Bakıda iş başında olduğunu, onun səhhətində hər hansı bir problemin olmadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR