Ermənistanın “Armavia” şirkəti müddətsiz tətil elan edib

Ermənistanın “Armavia” şirkəti müddətsiz tətil elan edib
# 06 mart 2012 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. Ermənistanın “Armavia” milli aviaşirkəti müddətsiz tətil elan edib.

APA-Economics”in “Gazeta.ru”-ya istinadən xəbərinə görə, tətil İrəvandakı Zvartnots beynəlxalq aeroportu uçuşlara xidmət üçün qiymət siyasətini dəyişməyənə qədər davam edəcək.

Hazırda “Armavia” aeroportu idarə edən “Corporación América” (Argentina) şirkəti ilə danışıqlar aparılmasını tələb edir. Ermənistanın beynəlxalq aviadaşımalar sahəsində inhisarçı şirkəti olan “Armavia” nə uçuşların bərpası, nə də müştərilərinə kompensasiya ödənilməsi barədə hər hansı açıqlama verməkdən imtina edir.

Hazırda İrəvan aeroportunda yüzlərlə sərnişin toplaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR