Yan Ola Sand: “”Eurovision-2012”nin səhnəsi və işıqlar hazırdır”

Yan Ola Sand: “”Eurovision-2012”nin səhnəsi və işıqlar hazırdır”
# 03 may 2012 12:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision» mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand yarışmaya son hazırlıq işlərindən danışıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ola Sand hazırlıqların çox yüksək səviyyədə aparıldığını deyib: “Artıq səhnə və işıqlar hazırdır. Düşünürəm ki, şou yaddaqalan və gözəl olacaq. Mən arenada səhnə arxası, desk, qarderoblar və digər bölümlərlə tanış oldum. Eyni zamanda jurnalistlərin çalışacağı Mətbuat Mərkəzində də olduq. Hazırlıqlar və şounun konsepsiyası haqqında çox şey bilirəm və düşünürəm ki, bu çox gözəl və həyəcanverici bir şou olacaq. Hamı öz cədvəlinə uyğun çalışır və vaxt itirmir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR