Dünya Bankının Azərbaycana investisiyaları azalıb
22 may 2012 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 25 654,3 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji ayına nisbətən 26% azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 3,1% təşkil edib.
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2,969 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.

Maliyyə
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
12:49
11 may 2024
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024