Rusiya qaz hasilatını azaldıb, neft hasilatını artırıb

Rusiya qaz hasilatını azaldıb, neft hasilatını artırıb
# 02 iyul 2012 13:19 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin I yarısında Rusiyada qaz hasilatı illik müqayisədə 2,8% azalaraq 338,67 mlrd. kubmetr təşkil edib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bunun qarşılığında neft hasilatı 1,6% artaraq 256,63 mln. tona yüksəlib.

Öz növbəsində Rusiyadan karbohidrogen ehtiyatlarının ixracı 0,6% artaraq 106 mln. tona çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR