Biləsuvarda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub

Biləsuvarda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub
# 15 avqust 2012 13:57 (UTC +04:00)
Biləsuvar. Əlibəy Zeynallı - APA. Biləsuvar rayonunda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Biləsuvar rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə rayonun Heydər Əliyev küçəsində baş verib. Rayonun Əsgərabad kənd sakini Fizuli Saqıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil onun həmyerlisi Xəyyam Qubadova məxsus “Mersedes” markalı avtomobil ilə toqquşub. Hadisə zamanı yolu keçən, Salyan rayonu Şorsulu kənd sakini, 1982-ci il təvəllüdlü Nəcəfov Ceyhun İdris oğlu dünyasını dəyişib. Piyadanın hansı avtomobil tərəfindən vurulduğu isə aydınlaşdırılır.

Faktla bağlı hər iki sürücü barəsində Biləsuvar rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR