Azərbaycan nümayəndələri CAR-da “Səma Məktəbi”nin tədbirində iştirak ediblər

Azərbaycan nümayəndələri CAR-da “Səma Məktəbi”nin tədbirində iştirak ediblər
# 18 sentyabr 2012 17:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi Yohannesburq şəhərində CAR-da fəaliyyət göstərən “Səma Məktəbi”nin (Sama School) təşkil etdiyi yarmarkada iştirak edib. Bu barədə APA Azərbaycanın CAR-dakı səfirliyinə istinadən məlumat verir.
Məktəbin hər il təşkil etdiyi ənənəvi yarmarkada ilk dəfə olaraq Azərbaycan guşəsi yaradılıb. Sərgidə Azərbaycanın milli şirniyyatları və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirib.
Türk iş adamlarının dəstəyi ilə 2003-cü ildə təsis edilmiş məktəbdə 520 şagird təhsil alır və ikisi Azərbaycan vətəndaşı olmaqla 46 müəllim təhsil verir. Məktəb 2009-2010-cu illərdə CAR-ın ən aparıcı elmi məktəbi seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR