Baş Kollektiv Sazişdə dəyişiklik edilib

Baş Kollektiv Sazişdə dəyişiklik edilib
# 15 oktyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan hökuməti Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən üzvlük haqları 4 iş günü müddətində idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməlidir.

Qeyd edək ki, buna qədər sazişi imzalamış tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödəyiblər. Köçürmələr əmək haqlarının ödənilməsi ilə eyni vaxtda aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR