“Sentyabrın 27-dən indiyə qədər 24 nəfər mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin Günay Səlimzadə bildirib.
G. Səlimzadə deyib ki, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Onlardan 30-u qadın, 7-si isə uşaqdır”.