Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısının artırılması haqqında” sərəncam imzalayıb

Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısının artırılması haqqında” sərəncam imzalayıb
# 23 yanvar 2007 17:21 (UTC +04:00)
Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısının artırılması haqqında” sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısını artırmaq və istehsal prosesinin dövlət tərəfindən maliyyələşdirilməsi məqsədilə kənd təsərrüfatı yanacağı, motor yağları və mineral gübrələrin qiymətinin 50 faizi dövlət tərəfindən ödəniləcək. Bunun üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb. Sərəncamın digər bəndinə əsasən, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə 15 gün ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına yardımın verilməsini təmin etməlidir. Bundan başqa İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyinə bir ay müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq dəyişikliklər etmək tapşırılıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR