Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar ABŞ-da silsilə tədbirlər təşkil olunacaq

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar ABŞ-da silsilə tədbirlər təşkil olunacaq
# 16 fevral 2007 13:51 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar ABŞ-da silsilə tədbirlər təşkil olunacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan məluamata görə, Vaşinqton Mədəniyyət Mərkəzi tərəfindən Ermənistan səfirliyinin və Dövlət Departamentinin qarşısında etiraz aksiyasının təşkil olunması planlaşdırılıb. Amerika Azərbaycanlıları Assosiasiyası isə Nyu-Yorkda BMT-nin binası qarşısında etiraz aksiyası keçirəcək. Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyustonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş Xatirə Gecəsi təşkil edəcək. Bununla yanaşı, azərbaycanlı tələbələr tərəfindən Texas Universitetində Xocalı soyqırımına həsr olunmuş konfransın təşkili də nəzərdə tutulub. Tədbirdə Xocalı soyqırımı ilə bağlı iştirakçılara ətraflı məlumat veriləcək, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror əməlləri və vəhşiliklər diqqətə çatdırılacaq. Los-Anceles, San-Xose, San-Fransisko və digər şəhərlərdə də Xocalı faciəsinə həsr olunmuş xatirə gecələrinin keçirilməsi gözlənilir. Məlumatda bildirilib ki, ABŞ-dakı digər Azərbaycan icmaları və Kanadadakı diaspor təşkilatlarımız tərəfindən də Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkil edilməsi nəzərdə tutulub. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR